AZ

Süni intellekt siyasi partiya lideri olacaq

Süni intellekt (AI) Yaponiyanın “Dirçəlişə aparan yol” siyasi partiyasının yeni lideri olacaq.

Publika.az xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyi məlumat yayıb.

Bildirlib ki, partiyanın əvvəlki rəhbəri Sindzi İsimaru Yaponiyanın iyul ayında keçirilən yuxarı palata seçkilərində birləşmənin uğursuz nəticələrinə görə vəzifəsindən istefa verib. Onun yerinə 25 yaşlı aspirant Koki Okumura seçilib və o, səlahiyyətləri süni intellektə ötürmək qərarını verib. Tələbənin özü isə yeni liderin köməkçisi rolunda çıxış edəcək.

Okumura əlavə edib ki, hazırda süni intellektin partiya işinə inteqrasiyası ilə bağlı detallara hələ qərar verilməyib. Lakin onun sözlərinə görə, süni intellekt fraksiya üzvlərinin siyasi fəaliyyətinin xarakterini müəyyən etməyəcək.

"Bunun əvəzinə, texnologiya birləşmənin iştirakçıları arasında resursların bölüşdürülməsi kimi vəzifələri yerinə yetirəcək", - deyə aspirant qeyd edib.
Seçilən
7
2
sherg.az

3Mənbələr