AZ

Trampdan jurnalistə: Səndən baş nazirə şikayət edəcəyəm!

ABŞ Prezidenti Donald Tramp avstraliyalı jurnalistin biznes fəaliyyəti ilə bağlı sualına kəskin reaksiya verib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Ağ Ev rəhbəri ondan Avstraliya baş nazirinə şikayət edəcəyini bildirib.

Belə ki, jurnalist “Prezident biznesdə bu cür aktiv olmalıdırmı?” sualını ünvanlayıb, dövlət başçısı isə cavabında övladlarının bu sahə ilə məşğul olduğunu qeyd edib.

Daha sonra Tramp jurnalistin haradan gəldiyini soruşub

“Fikrimcə, siz Avstraliyaya böyük zərər verirsiniz. Onlar mənlə əlaqələri yaxşılaşdırmağa çalışırlar. Sizin lideriniz buraya gələcək. Barənizdə danışacağam. Siz çox pis ab-hava yaradırsınız”, - deyə o bildirib.
Seçilən
15
2
sherg.az

3Mənbələr