AZ

Süni intellekt bu ölkədə partiya lideri olacaq

Süni intellekt (AI) Yaponiyanın “Dirçəlişə aparan yol” siyasi partiyasının yeni lideri olacaq.

Tribunainfo.az xəbər verir ki, partiyanın əvvəlki rəhbəri Şinji İşimaru iyulda Yaponiya parlamentinin yuxarı palatasına keçirilən seçkilərdə ittifaqın uğursuz nəticələrinə görə tutduğu vəzifədən istefa verib. Onun yerinə 25 yaşlı aspirant Koki Okumura seçilsə də, sonuncu səlahiyyətlərini süni intellektə ötürmək qərarına gəlib. Tələbə özü isə yeni rəhbərin köməkçisi kimi çalışacaq.

Okumura əlavə edib ki, süni intellektin partiyanın işinə tətbiqi ilə bağlı detallar hələ müəyyən edilməyib. Lakin onun fikrincə, süni intellekt fraksiya üzvlərinin siyasi fəaliyyətinin xarakterini müəyyən etməyəcək. Bunun əvəzinə texnologiya, birliyin üzvləri arasında resursların bölüşdürülməsi kimi vəzifələri yerinə yetirəcək.

Seçilən
11
3
tribunainfo.az

5Mənbələr