“Mançester Yunayted” rəhbərliyi Ruben Amorimin nəticələri yaxşılaşdırmaması halında onu istefaya göndərməyi düşünür.
QOL.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, klub artıq 5 namizədi nəzərdən keçirir.
İngiltərə təmsilçisinin ehtimal olunan variantları arasında “Kristal Pelas”ın çalışdırıcısı Oliver Qlasner, İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt, “Fulhem”in baş məşqçisi Marku Silva, “Bornmut”u çalışdıran Andoni İraola və hazırda ABŞ yığmasına məşqçilik edən Maurisio Poçettino var.
Qeyd edək ki, daha öncə “Mançester Yunayted” rəhbərliyinin Amorima turnir cədvəlindəki vəziyyəti düzəltmək üçün 3 gün vaxt verdiyi bildirilirdi. Komanda 4 turdan sonra 4 xal toplayaraq 14-cü pillədə qərarlaşıb. Mançesterlilər növbəti oyunlarda “Çelsi” (20 sentyabr), “Brentford” (27 sentyabr) və “Sanderlend” (4 oktyabr) ilə qarşılaşacaq.