AZ

Fənərbağça nın yeni prezidenti kim olacaq?

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Fənərbağça" klubunda 21 sentyabr keçiriləcək prezident seçkiləri öncəsi gözlənilməz hadisə baş verib.

BAKU.WS xəbər verir ki, Hakan Bilal Kutlualp namizədliyini Sadettin Saran lehinə geri çəkdiyini açıqlayıb.

"Fənər"in prezidentliyə namizədi Hakan Bilal Kutlualp bildirib ki, klubda dəşiyiklik istəyən milyonlarla şəxsin seçimi məhz Sadettin Sarandır:

"Dəyişiklik istəyən milyonların seçimində Sadettin Saran ön plandadır. Bundan əlavə, klubumuzda iki namizədin birləşməsinə dair böyük bir tələb var. Onunla apardığımız ətraflı görüşlər nəticəsində heç bir hüquqi problem olmadığını bizə bildirdi. Klubumuzun və Ali İcra Şurasının da onun namizədliyini uyğun hesab etməsi və dövlət qurumlarından heç bir mənfi rəy almaması, qərarımıza təsir etdi."

Hakan Bilal Kutlualp namizədliyini geri götürdükdən sonra "Fənərbağça"da prezidentlik uğrunda mövcud prezident Ali Koç və Sadettin Saran mübarizə aparacaq.

Kutlualpın məlum qırarından sonra digər prezidentliyə namizəd Sadettin Saran ilk açıqlamasını verib:

"Hakan Bilal Kutlualp ilə dünən gecə görüşdük və bu gün etdiyi açıqlamaları yaxından izlədik. Kutlualp görüşdə və sonrakı açıqlamalarında səmimi bir mövqe nümayiş etdirdi, heç bir tələb irəli sürmədən "Fənərbağça"nı üstün tutdu və nəticədə seçkilərdə bizə dəstək verməyə qərar verdi.

Öz yanaşmalarına və işçi komandalarına göstərdikləri səmimi münasibət üçün təşəkkür edirik. Hakan Bilal Kutlualp klubumuzdakı ümidsizlik və narazılığa laqeyd qalmayaraq dəyişiklik ruhunu yandıran öncülərdən biridir".

Bugünkü vəziyyətdə yalnız onun və komandasının "Fənərbağça"ya sevgisi deyil, eyni zamanda milyonlarla "Fənər"linin dəyişiklik və uğur tələbləri də bizim üzərimizdə böyük bir məsuliyyətdir. Bu məsuliyyətin fərqində olaraq və gördüyümüz dəstəyin gücü ilə, sözümüzü tutmaq üçün daha qətiyyətlə irəliləyəcəyimizə heç kimdə şübhə olmasın. Hər şey "Fənərbağça" üçün..."

Sadettin Saran kimdir?

Sadettin Saran türk iş adamıdır və "Fənərbağça" Klubunun İdarə Heyətinin üzvüdür. Aziz Yıldırım dövründə klub idarəsində futbol şöbəsinin məsuliyyəti ilə fəaliyyət göstərmiş, lakin idarəçilikdəki bəzi qərarları açıq şəkildə tənqid etdiyi üçün prezidentlə münasibətləri pozulmuş və idarədən uzaqlaşdırılmışdı.

Sadettin Saranın klubdan haqsız olaraq çıxarılması ilə bağlı iddiası məhkəmə tərəfindən haqlı hesab edilmişdi. O, 16 dekabr 2021-ci ildə "Fənərbağça" prezidentliyinə namizədliyini açıqlamış, 14 mart 2024-cü ildə rəsmi namizədliyini elan etmiş, lakin Ali Koç lehinə namizədliyini geri götürmüşdü. 21 sentyabr 2025-ci ildə keçiriləcək fövqəladə seçkilərdə yenidən namizədliyini açıqlayıb.

Ali Koç - zəngin iş adamı

Ali Koç türk iş adamıdır və Koç Holding-in İdarə Heyəti sədr müavinidir. 2 aprel 1967-ci ildə İstanbulda anadan olub. Ali Koç Londonda Harrow School-da, sonra isə Rice Universitetində biznes üzrə bakalavr, Harvard Universitetində isə magistr təhsili alıb.

1990-cı ildə J.P. Morgan-da stajyer kimi işə başlamış, həmin il American Express Bank-da rəhbər təlim proqramında iştirak edib. 1997-ci ildə Koç Holdinqə qoşulmuş və müxtəlif yüksək vəzifələrdə çalışıb. 2012-ci ildə Ford Otosan İdarə Heyətinin sədri seçilib, 2013-cü ildə Bank of America-nın Qlobal Məsləhət Komitəsinə daxil olub. 2016-cı ildə Koç Holdinq İdarə Heyəti sədr müavini, 2017-ci ildə isə Yapı Kredi Bank İdarə Heyətinin sədri olub.

Ali Koç həmçinin bir çox şirkətin idarə heyətinin sədri və TÜSİAD İdarə Heyəti sədr müavini vəzifəsini daşıyır. 2018-ci ildən etibarən "Fənərbağça" klubunun prezidenti olaraq fəaliyyət göstərir.

Hər iki namizəd "Fənərbağça"nın gələcəyi üçün fərqli vizyon təqdim edir: Sadettin Saran keçmiş idarəçilik anlayışını tənqid edir və dəyişiklik və yenilikçi yanaşma vəd edir, Ali Koç isə mövcud idarəçiliyi davam etdirərək klubun milli və beynəlxalq uğurlarını artırmağı hədəfləyir. Seçki nəticələri "Fənərbağça"nın gələcək istiqamətini müəyyən edəcək.

Qeyd edək ki, "Fənərbağça"da seçki ilə əlaqəar fövqəladə ümumi yığıncaq 20-21 sentyabr tarixlərində Çobanlı stadionu, "Fənərbağça" Şükrü Saraçoğlu İdman Kompleksi ilə bitişik keçmiş "Kenan Evren" liseyi ərazisində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
baku.ws

2Mənbələr