Böyük Britaniya hökuməti Suindonda yeni pilotsuz uçuş aparatlarının istehsalı zavodunun açıldığını elan edib.
Avtosfer.az xəbər verir ki, 2026-cı ildə açılacaq zavod Portuqaliyanın “Tekever” şirkəti tərəfindən tikiləcək və bu, Böyük Britaniyada onun dördüncü müəssisəsi olacaqdır.
Müdafiə naziri Con Hilinin sözlərinə görə, zavodun açılışı ilk dəfə olaraq Böyük Britaniyaya AR5 dronlarının əsas istehsalını qurmağa imkan verəcək, həmçinin mövcud AR3 istehsalatın gücünü artıracaq.
Suindon uzun müddət ölkənin müdafiəsində mühüm rol oynayıb, çünki burada İkinci Dünya müharibəsi zamanı “Supermarine Spitfire” qırıcı təyyarəsi istehsal edilib.
“Tekever”in yeni platformasında həm də Kral Hərbi-Hava Qüvvələri üçün “StormShroud” sisteminin istehsalı da qurulacaq.