ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası olub. Avtosfer.az xəbər verir ki, Tatarıstan Respublikasının Kazan şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosiklet sürücüsü svetoforun qırmızı işığından keçərək yol kəsişməsində “Lexus”la toqquşub. Zərbənin şiddətindən idarəetmədən çıxan motosiklet sürüklənərək səkidə dayanan 3 nəfəri vurub.
Yerli medianın məlumatına görə, qəza nəticəsində motosiklet sürücü aldığı xəsarətlərdən ölüb, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.