AZ

U-19: Azərbaycan millisi Moldovaya qalib gəldi

Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz Kişinyovdakı hazırlıq çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunmuş görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Yığmamızın digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

error: Məzmun qorunur!
Seçilən
12
8
arena.az

10Mənbələr