AZ

Məşqçilər heyəti risk etmək istəmir - “Qarabağ”ın rəqibində ciddi itki

“Ayntraxt” Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunun “Qalatasaray”la oyununa ciddi itki ilə çıxacaq.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Almaniya klubunun yarımmüdafiəçisi Mario Getze oyunda iştirak etməyəcək.

O, zədəsini yeni sağaltmasına baxmayaraq, məşqçilər heyəti risk etmək istəmir.

Qarşılaşma sentyabrın 18-də baş tutacaq.

Getze bu mövsüm “Ayntraxt”ın heyətində bir rəsmi matçda meydana çıxıb.

“Ayntraxt” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Seçilən
13
19
sportinfo.az

10Mənbələr