AZ

Putin və Zelenski ilə eyni otaqda oturmalı olacam - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüş baş tutarsa, “onlarla birlikdə eyni otaqda oturmalı” olacaq.

Modern.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.

O, iki liderin təkbətək danışıqlar apara bilmədiyini deyib:

“Görünür, mən onların yanında olmalıyam, çünki onlar bir yerdə otura bilmirlər, aralarında böyük nifrət var,” – deyə ABŞ Prezidenti vurğulayıb.

Seçilən
24
modern.az

1Mənbələr