AZ

“Eurovision” əvəzinə “İntervision” Rusiyadan yeni beynəlxalq mahnı müsabiqəsi

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya “Eurovision”a alternativ olaraq hazırlanmış “İntervision” beynəlxalq mahnı müsabiqəsi keçirəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 20-də Moskvadakı “Live Arena”da keçiriləcək müsabiqədə Rusiya, Belarus, Çin və ABŞ daxil olmaqla 23 ölkədən müğənnilər iştirak edəcək.

Yarışmada Rusiyanı “Şaman” kimi tanınan Yaroslav Dronov təmsil edəcək.

Müsabiqə iştirakçıları öz milli dillərində mahnı oxuyacaqlar. Qalib iştirakçı ölkələrin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

“İntervision” müsabiqəsindən əvvəl Moskvada mətbuat konfransı keçirilib. Tədbirin iştirakçıları arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Prezident Administrasiyası rəhbərinin müavini və müsabiqənin Müşahidə Şurasının sədri Sergey Kiriyenko, Baş nazirin müavini və müsabiqənin Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko və Rusiyanın “Birinci Kanal” dövlət televiziyasının baş direktoru Konstantin Ernst iştirak edib.

Lavrov “İntervision” mahnı müsabiqəsi ilə bağlı deyib: “İştirakçıların sayı 23-dür. Yaxşı rəqəmdir. Gələcəkdə bu rəqəm artarsa, yarışma konsepsiyası dəyişdiriləcək. Müsabiqədə heç bir məhdudiyyət və ya meyar yoxdur. Yeganə meyar milli mədəniyyət və adət-ənənələrin təbliğidir”.

Lavrov müsabiqədə ABŞ-nin də təmsil olunacağını vurğulayıb: “ABŞ rəhbərliyi buna etiraz etmədi və qərarı sənətçilərin ixtiyarına buraxdı. ABŞ münsiflər heyətində təmsil olunmayacaq və rəsmi heyət göndərməyəcək”.

Yarışmanın hər il keçiriləcəyi ilə bağlı ümidlərini bölüşən Rusiya XİN başçısı bir neçə ölkənin növbəti yarışı qəbul etməklə bağlı təklif irəli sürdüyünü bildirib.

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Kiriyenko bəzi ölkələrdən müğənnilərin müsabiqəyə qatılmaq istədiklərini bildirib: “Lakin onların istəkləri öz ölkələrinin rəhbərliyi ilə üst-üstə düşmür”.

Baş nazirin müavini Çernışenko isə Rusiyanın mədəniyyət sahəsində dialoqa açıq olduğunu vurğulayıb.

Rusiya dövlət televiziyasının baş direktoru Ernst “İntervision” yarışmasını yayımlayacaqlarını və yayım zamanı süni intellekt texnologiyalarından istifadə ediləcəyini deyib.

Xatırladaq ki, Ukraynada müharibənin başlamasından sonra Rusiyanın 2022-ci ildə “Eurovision” mahnı müsabiqəsində iştirakına qeyri-müəyyən müddətə qadağa qoyulub.

Rusiya prezidenti Vladimir Putin fevral ayında “Eurovision”a alternativ olaraq hazırlanmış “İntervision” beynəlxalq mahnı müsabiqəsinin təşkilinə icazə verən fərman verib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
525.az

1Mənbələr