AZ

“Qarabağ” qalib gəldi - YENİLƏNİB

Matç bitdi. "Qarabağ" rəqibi məğlub etdi.

***

"Qarabağ" 3-cü qolu vurdu. 86-cı-ci dəqiqədə Aleksey Kaşuk rəqibi məyus etdi - 2:3

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Redaktor.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər. 

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə öndə yollanıblar.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Redaktor.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.

Redaktor.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.

16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.

Redaktor.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.

6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyunu start götürüb.

Redaktor.az xəbər verir ki, qarşılaşma "Eştadiu da Luş" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

Seçilən
27
19
redaktor.az

10Mənbələr