AZ

Zelenski Tramp və Putinlə dialoqa açıq olduğunu açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Sky News-a müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinlə istənilən formatda görüşə hazırdır.

Editor.az xəbər verir ki, “Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda görüşə hazıram. Bu görüş üçün heç bir şərt irəli sürmürəm”, – deyə Zelenski vurğulayıb.

Dövlət başçısı belə bir dialoqun regionda müharibə və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün mühüm addım ola biləcəyini qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr