AZ

Qurban Qurbanov: Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Futbolçularımızın özünəinamı "Benfika"ya qarşı qələbə gətirdi".

Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə Portuqaliyanın "Benfika" komandası üzərində qazandıqları tarixi qələbədən sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularının əzmkarlığını və oyuna inamını yüksək qiymətləndirib:

"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyun göstərərək əla nəticə əldə etdik. Əslində, bu gün məğlub da ola bilərdik, çünki oyunun əvvəlində üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyrimizə çevirmək asan deyildi. Lakin futbolçularımın özünəinamı bizə qələbə qazandırdı. Qələbəmiz "Benfika"nın zəif olması demək deyil", - deyə Qurbanov bildirib.

Qeyd edək ki, qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
oxu.az

1Mənbələr