AZ

Müşviqin adından dələduzluq

Aktyor Müşviq Şahverdiyevin adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat yayıb. Müşviq vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara qumar oyunlarını reklam ediblər:

"Dostlar, bu vicdansızlar mənim videomun üstünə süni intellektlə səs yazıb və qumarı reklam ediblər. Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar. Amma bu sahədə olduğum 25 il ərzində qumarın nə reklamında çəkilmişəm, nə də təbliğ etmişəm. Dostlarım, ətrafım bunu yaxşı bilir. Qumar oynayanlara da tövsiyyə etmişəm ki, bununla məşğul olmayın, insanı uçuruma aparır.  Sezar pizza

Videonun orijinalı bizə aiddir. Amma orada mən başqa sözlər deyirəm. Burada isə başqa sözlər əlavə edib, sizi aldadırlar. Tövsiyyəm budur ki, bu tip oyunlardan uzaq durun, həmişə uduzacaqsınız"./Axşam.az


Telegram kanalımız
Seçilən
29
1
yenisabah.az

2Mənbələr