AZ

Netanyahu: Qətər heç vaxt İsrail tərəfdarı və ya neytral olmayıb

BAKI, 17 sentyabr. TELEQRAF

Qətər heç vaxt İsrailyönlü və ya neytral mövqe tutmayıb.

Teleqraf xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, Qətərdə Fələstinin HƏMAS hərəkatının liderlərini məhv etmək üçün İsrailin hərbi əməliyyatı tamamilə haqlıdır.

Netanyahu Qətər Əmirliyin səlahiyyətlilərini israilli girovları azad etmək üçün HƏMAS-a kifayət qədər təzyiq göstərməməkdə ittiham edib.

Seçilən
18
teleqraf.com

1Mənbələr