BAKI, 17 sentyabr. TELEQRAF
İsrail Suriyaya 1979-cu il İsrail-Misir sülh sazişinə əsaslanacaq yeni təhlükəsizlik sazişi təklifini təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" məlumat yayıb.
Məqalədə bildirilib ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi üçün ətraflı təklif, o cümlədən Dəməşqin cənub-qərbindən İsraillə sərhədə qədər ərazinin xəritəsini təqdim edib.