AZ

Ərdoğan Avropa çempionatında ikinci olmuş Türkiyə basketbolçularını qəbul edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan basketbol üzrə Avropa çempionatında ikinci yeri tutmuş milli komandanın oyunçularını iqamətgahında qəbul edib.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadla xəbər verir.
Türkiyə lideri hər bir basketbolçu ilə salamlaşaraq, onlarla qısa söhbətlər edib.
Ərdoğan və yığmanın üzvü Adem Bona arasında səmimi dialoq maraqla qarşılanıb.
Türkiyə lideri "Ooo Adem, how are you? (Necəsən - red.)" deyərək onun əhvalını soruşub. Bona "yaxşıyam "abi", sən necəsən" deyə cavab verib.
Qeyd edək ki, Türkiyə millisi finalda Almaniyaya 83-88 hesabı ilə məğlub olub.
Seçilən
45
oxu.az

1Mənbələr