AZ

Qurban Qurbanov: Çox böyük qələbə əldə etdik

Futbolçularımızı təbrik edirəm. Baxımlı oyunla yaxşı qələbə qazandıq.

“İki sahil” xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika"ya 3:2 hesabı ilə qalib gəldikləri ilk tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri matçı belə şərh edib: "Elə bir oyun idi ki, məğlub da ola bilərdik. Çünki üstünlük rəqibin tərəfində idi. Hətta matçın əvvəllərində 2 top fərqi ilə geriyə düşdük. Oyunu çevirmək heç də asan görünmürdü. Amma futbolçularda inam, sınmamaq, oyundan qopmamaq və vurduğumuz ilk qol bizə qalib gəlməyə kömək etdi. Bu o demək deyil ki, qələbə qazandıqsa, "Benfika" bizdən zəif idi. Qətiyyən elə deyil. Rəqib çox ağıllı futbol oynayan kollektivdir. Oyundan öncə demişdim ki, futbolçularım bu gün daha çox əziyyət çəkəcək və daha istəkli olacaqlar. Şükürlər olsun ki, çox böyük qələbə əldə etdik. Bu, Azərbaycan futbolu tarixində Çempionlar Liqasında ilk qalibiyyətdir".

O, tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib: "Futbol elə bir səviyyəyə gəlib çıxıb ki, asan heç nə yoxdur. İlk dəqiqədən oyunçularıma dedim ki, Çempionlar Liqası matçıdır, bundan ləzzət almaq lazımdır. Onlara söylədim ki, səhvlər olacaq, çünki qarşımızdakı güclü komandadır. Öz oyunumuzdan əl çəkməkdik. Risklərə getmək lazım idi. Sadə qollar da buraxa bilərdik. Asan qələbə olmadı. Bu gecə tarixi zəfər bizim qismətimizə yazılmışdı".

Seçilən
13
2
ikisahil.az

10Mənbələr