AZ

“Təhsil haqqı və kirayə qiymətlərinin getdikcə artması tələbə valideynlərini ağır yük altında qoyur...”

“Çox az universitetin yataqxanası var və mövcud yataqxanalar da tələbələrin 5- 10 faizini təmin edə bilir...”
 
Görəsən, ali məktəb tələbələrinin yataqxana problemi nə yerdədir? BDU rəhbərliyi 15 il öncədən məcburi köçkünləri yataqxanalardan çıxartdıraraq yeni müasir tipli tələbə şəhərciyi tikəcəyini bildirirdi. 2013-cü ildə köçkünlər həmin binalardan çıxarıldı. Amma 12 il müddətində cəmi 1 bina tikilib ki, orada da ayda 75 AZN ödəməklə cəmi 220 tələbə yaşaya bilər...  Bəs hansı ali məktəblərimiz yataqxana problemini xeyli dərəcədə həll edə bilib?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında təhsil eksperti  İlham Əhmədov bunları söyləyib:
 
“Təəssüf ki, Bakı şəhərində universitetlərin yataqxana təminatı hələ də aşağı səviyyədədir. Çox az universitetin yataqxanası var və mövcud yataqxanalar da tələbələrin 5- 10 faizini təmin edə bilir. Təxminən universitetlərin yalnız 10 faizində yataqxana mövcuddur. Bu sahədə durum ciddidir, bu, xalq üçün böyük problemdir. Çünki paytaxtda təhsil haqqı və kirayə mənzillərin qiyməti getdikcə artır. Nəticədə valideynlər üçün maddi yük də ağırlaşır. Onlar övladlarının təhsil haqqı, nəqliyyat xərcləri, kirayə, qidalanma və digər ehtiyaclarını ödəməkdə böyük çətinlik çəkirlər... Kirayədə qalan tələbələrin əksəriyyəti regionlardan gəlir. Məlumdur ki, regionlarda əhalinin maddi vəziyyəti Bakıya nisbətən aşağıdır. Problemin həlli isə universitetlərin daxili imkanları ilə mümkün deyil. Bakı şəhərində boş torpaq sahəsi də demək olar ki, qalmayıb. Əgər hansısa universitetə Qaradağ rayonunda yataqxana tikməyə torpaq ayırsalar belə, tələbələrin oradan şəhərə-universitetə gedib-gəlməsi çətinlik yaradacaq. Paytaxtda tələbələrimiz üçün çətinlik yaradan nəqliyyat tıxacları da bir başqa problemdir...”
 
Seçilən
17
50
moderator.az

10Mənbələr