"Qarabağ" ötən gecə "Benfika"nı məğlub edərək Çempionlar Liqasının Liqa mərhələsinə qələbə ilə başlayıb.
Offsideplus.az xəbər verir ki, bu qalibiyyət həm də Azərbaycana UEFA reytinqində 0.500 xal gətirib.
Beləliklə, ümumilikdə 21.500 xalla Slovakiyanı geridə qoyaraq 25-ci yerə yüksəlirik.
Qarşıda artıq Serbiya var. Onlar isə 22.125 xala malikdir.