Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Venesuelaya müharibə ilə hədələdiyini və respublikada hökuməti dəyişməyə çalışdığını bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə istinadla TASS məlumat yayıb.
“Bu gün biz Karib hövzəsində Venesuelaya qarşı müharibə təhlükəsi, ABŞ-ın bizim təbii sərvətlərimizi ələ keçirmək və oyuncaq hökumət qurmaq cəhdi ilə üz-üzəyik”, - o, Suverenlik və Sülh Milli Şurasının iclasında deyib.
Onun sözlərinə görə, bu təhlükəni neytrallaşdırmaq və məğlub etmək üçün bütün fikir ayrılıqlarını aradan qaldıraraq Venesuelanı birləşdirmək lazımdır.