AZ

Stomatoloq: Evdə diş ağartma üsulları dişlərə zərər verə bilər

Stomatoloq Polina Soldatkina evdə dişlərin ağardılması üsullarının təhlükələri barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, bunu SM-Stomatologiya klinikasının terapevti Gazeta.Ru-ya açıqlamasında bildirib ki, evdə tətbiq olunan bir çox ağardıcı vasitələr faydasız olmaqla yanaşı, ciddi risklər də yaradır.

Həkimin sözlərinə görə, ağardıcı zolaqlar və hazır gellər rahat görünsə də, onların tərkibi və dozası nəzarətsiz olur. Bu isə diş ətlərində yanıq, qeyri-bərabər rəng dəyişiklikləri, soyuq və turş dadlara qarşı həssaslığın artması ilə nəticələnə bilər. Uzunmüddətli istifadədə minaya zərər dəyir və selikli qişa xroniki qıcıqlanır.

Mütəxəssis həmçinin diş həkimi tərəfindən hazırlanmadığı halda istifadə olunan nimçə dəstlərinin təhlükəli olduğunu deyib: “Belə qablar dişlərə sıx oturmur, nəticədə gel diş ətinə sızaraq kimyəvi yanıqlara səbəb ola bilər. Konsentrasiyaya nəzarət olmadıqda dişlər həddindən artıq ağardılır, davamlı həssaslıq yaranır və ləkələr solmur”.

Peroksidli durulama vasitələri və aşağı dozalı məhsullar da təsirsizdir. Onlar zəif və yavaş effekt göstərsə də, çox istifadədə ağızda quruluq, qıcıqlanma və həssaslıq yaradır, lakin qalıcı nəticə vermir.

Ən riskli üsullar isə xalq arasında məşhur olan soda, aktivləşdirilmiş kömür və limon kimi turşulardır. Soldatkina izah edib ki, soda və kömür emayeni aşındırır və mikroçatlara səbəb olur, turşular isə dişin üst qatını yumşaldır, nəticədə dişlər daha tez rənglənir və zəifləyir.

Həkim, həmçinin yüksək abraziv “ağardıcı” diş pastalarının da yalnız məhdud müddətdə və kurs şəklində istifadəsini məsləhət görüb. Onların tez-tez istifadəsi minanı nazildərək dişləri daha həssas edir.

Təhlükəsiz nəticə əldə etmək üçün stomatoloq yalnız mütəxəssis nəzarəti altında tətbiq olunan üsulları tövsiyə edib: klinikada aparılan ağardıcı prosedurlar, xüsusi hazırlanmış nimçələr, peşəkar ağız gigiyenası və remineralizasiya dəstəyi.

Bundan əlavə, siqaretdən imtina, rəngləyici içkilərin azaldılması, yumşaq diş pastalarından istifadə və gündəlik gigiyenaya diqqət dişlərin sağlam və parlaq qalmasına kömək edir.

Tərcümə:Nəzrin Abbas

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr