AZ

Paşinyandan sülhlə bağlı yeni bəyanat

"Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı".

 

MilliYol.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan X sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib. O, ABŞ prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

 

"Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi-red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm".

 

Once again thank you President @realDonaldTrump for brokering this historic agreement with Azerbaijan — something no one before achieved. Reaffirming my commitment to work on further institutionalization of peace & realization of TRIPP. https://t.co/42OTH6GmrQ

— Nikol Pashinyan (@NikolPashinyan) September 17, 2025

Seçilən
1
3
milliyol.az

8Mənbələr