AZ

Benfika Mourinyo ilə danışıqlara başladı

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Portuqaliyanın “Benfika” klubu baş məşqçi postuna Joze Mourinyonu gətirmək niyyətindədir.

Teleqraf “A Bola” nəşrinə istinadən xəbər verir ki, tərəflər son saatlarda intensiv danışıqlar aparır.

Klub prezidenti Rui Kostanın əsas məqsədi 25 ildən sonra Mourinyonu yenidən “qırmızılar”ın sükanı arxasına qaytarmaqdır. Bu halda portuqaliyalı mütəxəssis artıq şənbə günü çempionatın 6-cı turunda “Vila das Aves”də komandanı idarə edə bilər.

Mütəxəssis özü də “Benfika”ya qayıtmaq arzusundadır. Mourinyonun klubun hazırkı idman direktoru Mario Branko ilə “Fənərbağça”dakı əməkdaşlığı da üstünlük kimi dəyərləndirilir.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a 2:3 hesabı ilə məğlubiyyətdən sonra “Benfika” baş məşqçi Bruno Lagenin istefasını rəsmən açıqladı. Mourinyo 1999-cu il sentyabrın 23-də “Benfika”da baş məşqçi kimi debüt edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
sherg.az

3Mənbələr