AZ

Hikmət Çətin: “Son illərdə ilk dəfə CHP nin iqtidar olmaq şansı var”

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Türkiyənin sabiq xarici işlər naziri, CHP-nin keçmiş lideri Hikmət Çətin yerli mediaya açıqlamasında CHP daxilində baş verənlərə toxunub.

Gununsesi.info-nun xəbərinə görə, partiya daxilində qarışıqlıq yaratmaq istəyənlərə səslənən Hikmət Çətin onları birliyə səsləyib:”Son illərdə ilk dəfə CHP-nin iqtidar olmaq şansı yaranıb. Bunu görmək lazımdır. Biz 47 il sonra  yerli seçimlərdə Türkiyənin birinci partiyası olduq. Bunu qarşıdakı seçkilərdə də qazanmalıyıq. Yersiz, mənasız iddialara son verilməlidir”. 

Türkiyənin ciddi problemləri olduğunu vurğulayan sabiq nazir deyib ki, CHP daxilində ixtilaf yaradanlar hakimiyyətə xidmət edir:”Bugün Türkiyənin ekonomik problemləri var. Hamı CHP ətrafında birlışməlidir”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
icma.az

1Mənbələr