AZ

Lissabon qələbəsi ölkəmizi irəli apardı - UEFA reytinqi

Azərbaycan UEFA-nın əmsallar cədvəlində daha bir pillə irəliləyib.

"Football-plus.az" xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 1-ci turunda Lissabonda “Benfika” üzərindəki əzmkar qələbəsi (3:2) sayəsində mümkün olub. Bu qələbə Azərbaycanın reytinqinə daha 0,500 əmsal əlavə edib. Nəticədə ölkəmizin əmsal ehtiyatı 21,500-ə çatıb. Azərbaycan Slovakiyanı keçərək 26-cı yerdən 25-ci pilləyə yüksəlib.

Qeyd edək ki, hazırda reytinqdə 24-cü pillədə qərarlaşan Serbiyanın isə 22,125 əmsalı var.

Seçilən
15
3
football-plus.az

4Mənbələr