“Qarabağ”ın Çempionlar Liqasında “Benfika”nı məğlub etməsi Türkiyə mətbuatında da geniş müzakirə edilib.
İdmanxeber.az-ın məlumatına görə, qardaş ölkənin tanınmış şərhçisi Ertem Şener Ağdam klubu barədə xoş sözlər deyib.
O, “Adamların təbiətində var uduzmamaq. Çox böyüksən, “Qarabağ”, çox böyük. Kimə uduzmusan ki, “Benfika”ya da uduzasan” – deyə, təmsilçisimizin çıxışını dəyərləndirib.