AZ

Komitə sədri məcburi köçkünlərlə bağlı səsləndirilən fikirlərdən danışdı

"Biz dövlətimizin məcburi köçkünlərə, qaçqınlara münasibətini əsas götürməliyik. Onun üzərindən təşviq aparmalıyıq, ictimai məlumatlandırma etməliyik"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

"Cənab Prezidentin çox az hallarda kövrək halını ekranda göstərdiyi olubsa, bu da məcburi köçkünlərlə əlaqədardır. Deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitləri yaşayıblar. On illər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə dırnaq kimi bir-birinə bağlı yaşayıblar.  10 illər ərzində bu dövlət "torpaqları azad etməyəcək" deyənlər, indi də "o torpağı köçkünlərə verməyəcək" sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər".

Komitə sədri həmçinin, qayıdışla bağlı qanunvericilik sistemimiz formalaşmalıdır.

Anar Kəlbiyev

Seçilən
53
2
unikal.az

2Mənbələr