AZ

Rusiya Ukraynanın dəmir yoluna hücum etdi – sərnişin qatarları dayandı

Rusiya ordusu Ukraynanın dəmir yolu infrastrukturuna növbəti zərbələr endirib.

Olaylar.az xəbər verir ki, "Ukrzaliznıtsya"nın məlumatına görə, sentyabrın 17-nə keçən gecə Rusiyanın "kompleks hücumu" nəticəsində bir sıra elektrik yarımstansiyaları sıradan çıxıb.

Şirkətin açıqlamasında bildirilir ki, zərbələr sərnişin daşımalarına ciddi təsir edib. Hazırda bir neçə istiqamətdə qatarların hərəkətində uzunmüddətli gecikmələr qeydə alınır.

Qeyd edək ki, son aylarda Rusiya ordusu Ukraynanın enerji və nəqliyyat infrastrukturuna hücumları intensivləşdirib. Bu isə həm mülki əhalinin gündəlik həyatına, həm də hərbi-logistika təminatına mənfi təsir göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
72
1
olaylar.az

2Mənbələr