AZ

Prezidenti çox az hallarda ekranda belə görmüşük...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında köçkünlərin qayıdışı sahəsindəki məsələlər qaldırılıb.

Globalinfo.az xəbər verir ki, komitənin sədri Zahid Oruc deyib ki, onillər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə-dırnaq kimi bir-birinə bağlı yaşayıblar.

Zahid Oruc bildirib ki, onillər ərzində bu dövlət “torpaqları azad etməyəcək” deyənlər, indi də “o torpağı köçkünlərə verməyəcək” sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər: “Dövlətimizin məcburi köçkünlərə, qaçqınlara münasibətini əsas götürməli, ictimaiyyət bu yöndə məlumatlandırılmalı, təşviqat aparılmalıdır. Prezidentin çox az hallarda ekranda kövrək halı görsənibsə, bu da məcburi köçkünlərlə əlaqədardır. Deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitləri yaşayıblar. Qayıdışla bağlı qanunvericilik sistemimiz formalaşmalıdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
globalinfo.az

1Mənbələr