AZ

Qardaş ölkə mediası QARABAĞ-dan yazır: “

Vətəninfo.az xəbər verir ki,UEFA Çempionlar Liqasının ilk həftəsində Portuqaliya nəhəngi “Benfika”nı səfərdə 2:0 hesabı ilə geridə qoymasına baxmayaraq,   ölkəmizin qürurverici kulubu, “Qarabağ”ın səfərdə 3:2 hesabı ilə qalib gəlməsi qardaş Türkiyə mediasının və idman yazarlarının əsas diqqət mərkəzində olub.

“Sabah”, “Hürriyyət”,”Axşam” “Sözcü”, “Star” və digər media orqanları Qarabağın zəfərin, mphtəşəm geri dönüş olaraq dəyərləndirməklə yanaşı, bir çox idman yazarları “Qarabağ” “Fənərbaxçan”nın qisasın aldı”  başlığı ilə öz sosial şəbəkə hesablarında paylaşımlar edirlər.

Qeyd edək ki, UEFA Çempionlar Liqası tam sürətlə davam edir. “Benfika” “Qarabağ”ı qəbul edib. “Estadio da Luz”da keçirilən görüşdə “Qarabağ” 2-0 geri düşdüyü oyunda, sonradan rəqibin qapısından 3 top keçirərək qalib gəlməyi bacardı..

“Qarabağ”ın qollarını Andrade, Duran və Kaşçuk vurub. “Benfika”nın qollarını Barrenechea və Vangelis Pavlidis vurub. Qarşılaşmadan sonra portuqaliyalı azarkeşlər komandalarına etiraz ediblər.

Bu nəticədən sonra “Qarabağ” Çempionlar Liqasına 3 xalla başlayıb, “Benfika” isə 0 xalla qalıb.

Seçilən
15
veteninfo.az

1Mənbələr