AZ

Prezident İlham Əliyev Trampa təşəkkür etdi - ''Dostluğumuzu böyük dəyər kimi qiymətləndirirəm''

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabındakı paylaşımına görə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “X” hesabında bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton Sammitinə ev sahibliyi etməyinizdəki mühüm rolunuzu yüksək qiymətləndirirəm. Siz Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və yeni formalaşan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu böyük dəyər kimi qiymətləndirirəm”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Ağ Ev rəhbəri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, - Tramp yazıb.

Seçilən
17
40
redaktor.az

10Mənbələr