İsrail Hərbi Hava Qüvvələri və artilleriya korpusları son iki gün ərzində Qəzza şəhərində HAMAS-a məxsus 150-dən çox hədəfə zərbə endiriblər .
APA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qəzza şəhərini tərk edən fələstinlilərin sayının isə 400 000-i ötdüyü ehtimal olunur.
İsrail ordusu hərbi əməliyyatların davam etdiyini bildirib.