AZ

Şuşakənd sakini: Prezidentlə görüş mənim və ailəm üçün unudulmaz anlarla dolu bir gün oldu

Azertag saytına istinadən ain.az xəbər verir.

Xocalı, 17 sentyabr, Tahir Agaməmmədov, AZƏRTAC

Allah Prezidentimizə cansağlığı versin. Gözəl Qarabağı azad edib bizə qaytardı. 33 ildən sonra Qarabağa qayıtmaq gözəl hissdir. Allah bütün məcburi köçkünlərə el-obasına qayıtmağı qismət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Xocalı rayon Şuşakənd sakini Zaur Rzayev deyib.

O, Prezidentinlə görüşünün təəssüratlarını bölüşərək deyib: "Prezidentin kəndimizə gələrək ailəmizlə görüşməsinin sevincini sözlə ifadə edə bilmirəm. Çox böyük hissdir, ailəmizi ziyarət etdi, xeyir dua verdi. Bu görüş mənim və ailəm üçün unudulmaz anlarla dolu bir gün oldu".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndinə səfər edib. Dövlətimizin başçısı kəndə köçmüş Zaur Rzayevin evində olub, ailə üzvləri ilə söhbət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azertag.az

2Mənbələr