AZ

Baş Prokurorluqdan ilk - İdarə rəisləri canlı yayımda sualları cavablandıracaq!

Baş Prokurorluğun yüksək vəzifəli şəxsləri ictimaiyyətin suallarını canlı yayımda cavablandıracaq.

Bu barədə Redaktor.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də saat 11:00-dan 12:00-dək qurumun rəsmi instaqram səhifəsində (link) canlı yayım keçiriləcək.

Canlı efirdə aşağıdakı idarə rəisləri çıxış edəcək:

  • Mahir Abbasov – Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi

  • Ceyhun Kazımov – Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi

  • Natiq Hüseynov – Kadrlar idarəsinin rəisi

  • Aynur Osmanova – Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi

  • Saleh Hacıyev – Mətbuat xidmətinin rəhbəri

Canlı yayımda vətəndaşları maraqlandıran aktual suallar cavablandırılacaq. Bu, Baş Prokurorluq tarixində nadir və şəffaflıq baxımından mühüm addım kimi qiymətləndirilir.

Seçilən
10
8
redaktor.az

9Mənbələr