AZ

Bu ilin 1 ci yarısında Azərbaycan İsrailə 542,5 milyon dollar investisiya yatırıb

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin I yarısında Azərbaycanın İsrailə yatırdığı 542,5 milyon ABŞ dolları investisiya Aralıq dənizində yerləşən İsrailin "Tamar" qaz yatağı layihəsi ilə bağlıdır. 

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib. 

Hesabat dövründə Azərbaycan xaricə 1,35 milyard ABŞ dolları birbaşa investisiya yönəldib.

Xatırladaq ki, bu il yanvarın 31-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Union Energy" şirkəti ilə Aralıq dənizində ən böyük ofşor qaz yataqlarından biri olan "Tamar" layihəsində 10 % payın alınması üçün müqavilə imzalayıb. İsrail sahillərində yerləşən "Tamar" yatağı regionun əsas təbii qaz təchizatçısıdır. O, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır. "Tamar" layihəsinin operatoru ABŞ-nin "Chevron" şirkətidir.

© "Report"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
3
marja.az

4Mənbələr