AZ

Gədəbəydə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Gədəbəy rayonunun Düzyurd kəndində fəaliyyət göstərən fərdisahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurmaməntəqəsində plan üzrə yoxlama aparılıb.

Trend xəbərverir ki, bu barədə FHN məlumat verib.

Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı vəsağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədədtutumun üzərində quraşdırılmış qoruyucu klapanın və manometrlərindövri yoxlanılmasının aparılmadığı, eyni zamanda istismar müddətibitmiş 1 ədəd tutumun tam texniki müayinələrinin keçirilmədiyimüəyyən edilib.

Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkünolmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükənəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşlarıtərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçüntərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərinTəhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyisənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunmasıistiqamətində səlahiyyətləri daxilində zəruri tədbirləringörülməsini davam etdirir.

Gədəbəydə
Gədəbəydə
Gədəbəydə
Gədəbəydə
Məqalədə:
Seçilən
9
19
az.trend.az

10Mənbələr