AZ

Qeyri rezidentlərə işgüzar xidmət ödənişləri 1,1 milyard dollara çatıb

ain.az, Apa.az saytına istinadən bildirir.

2025-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi 32.7% artaraq 1.1 milyard ABŞ dolları olub.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.1% artaraq 1.7 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.4 milyon ABŞ dolları) idxalı (752.1 milyon ABŞ dolları) üstələməsi nəticəsində 194.3 milyon ABŞ dolları həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 752.1 mln.$ olmuşdur. Bunun 77.4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Qeyd edilib ki, 2025-ci ilin 6 ayı ərzində tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 274.9 milyon ABŞ dolları azalmışdır. Bütövlükdə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 6.7 milyard ABŞ dolları artaraq 77.7 milyard ABŞ dollarına çatıb çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
apa.az

4Mənbələr