AZ

Biləsuvarda sosial şəbəkə mübahisəsi ailə faciəsinə səbəb oldu TƏFƏRRÜAT

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Biləsuvar rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən  birində baş verib. 1992-ci il təvəllüdlü Rahib qeyri- rəsmi münasibətdə olduğu Zoya ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Mübahisəyə səbəb Zoyanın ondan icazə almadan “Tik-Tok”sosial şəbəkəsində qeydiyyatdan keçərək orada paylaşımlar etməsi və ona başqa qadınlarla münasibət saxlamasına görə irad bildirməsi səbəbindən yaranıb. Aralarında yaranmış mübahisə zamanı o, zərərçəkmiş şəxsi vurmaqla ona xəsarət yetirib. Hadisəni törədən Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zoya ilə 8 ildir qeyri-rəsmi nigahda olaraq birgə yaşayır: “Bir neçə vaxtdır ki, aramızda münasibətlər pisləşdi. Mən “Tik-Tok”sosial şəbəkəsində videolara baxarkən təsadüfən onun da orada qeydiyyatdan keçməsini və videolar paylaşmasını gördüm. Bundan sonra ona zəng vurdum və nə səbəbə icazə almadan “Tik-Tok”da qeydiyyatdan keçməsini soruşdum. O da mənə qeydiyyatdan keçməyimi bildirdi. Bundan sonra onun yaşadığı evə getdim və aramızda sözlə mübahisə oldu. Lakin mən oradan getdim, həmin gün ona qarşı hər hansı hüquqazidd hərəkətlər etməmişəm”. Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü yaşadıqları evdə olarkən Zoya onunla “Tik-Tok”da qeydiyyatdan keçməsi ilə bağlı danışıb: “Daha sonra bunu bəhanə edərək barəmdə böhtanlar ataraq, mənim başqa qadınlarla münasibətimin olmasını dedi. Bundan sonra  onun dediklərinə əsəbləşdim və vurmaq üçün zərərçəkmiş şəxsin üzərinə hücum çəkdim. Bu zaman zərərçəkmiş şəxs da əlinə bıçaq götürdü və mənə müqavimət göstərdi. Mən də həmin ev bıçağını onun əlindən aldım. Bundan sonra  çaydanı da götürdüm və içindəki çayı onun sifət nahiyəsinə atdım. Lakin isti olmadığı üçün onu yandırmadı. Mübahisə zamanı onun kürək nahiyəsinə iki yumruq zərbəsi vurmuşam. Lakin bundan sonra zərbənin təsiri nəticəsində bədəninin hansısa nahiyəsində hansı formada xəsarətlər əmələ gəlməsini dəqiq bilməmişəm. Mübahisə zamanı Zoyanın anası ikimizin arasına girdi və bizi ayırdı. Mən digər otağa keçdikdən sonra onlar da ir yerdə anasıgilə getdilər”.İş üzrə zərərçəkmiş Zoyanın sözlərinə görə, qeyri-münasibətdə olduğu Rahiblə münasibətdə olduğu  müddət ərzində onunla mütəmadi olaraq mübahisələr edib: “Hadisə günü yaşadığımız evdə olarkən Rahib evə daxil oldu. Mənə “Tik-Tok” sosial şəbəkəsi işlətməyimi, qeyri-əxlaqi həyat tərzi sürdüyümü dedi. Bundan sonra mənim, həmçinin qohumlarımın barəsində nalayiq ifadələr işlətdi. Mən də O, da ona düzgün danışmamasını deyərək irad bildirdim. Rahib üzərinə hücum edərək üz nahiyəmə bir neçə yumruq zərbəsi endirdi. Mən üzümü zərbədən qorumaq üçün çevrilərkən bel nahiyəmə də iki yumruq zərbəsi endirdi. Bu zaman anam aramıza girdi və məni Rahibin əlindən aldı”. Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində  aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri növündə cəza təyin edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
demokrat.az

2Mənbələr