AZ

Dövlət büdcəsinin profisitli olması gözlənilir

2025-ci ilin yekununda Azərbaycanda dövlət büdcəsinin profisitli olması gözlənilir və bu tendensiyanın 2026-cı ildə də davam edəcəyi ehtimalı yüksəkdir. 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankınln (AMB) baş direktoru Vüqar Əhmədov qurumda keçirilmiş mətbuat konfrasında bildirib. 

Onun sözlərinə görə, bu ilin I yarısında cari əməliyyatlar hesabının profisitinin ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 6,4 % təşkil edib ki, bu da müsbət dinamikanı göstərir: "Növbəti iclaslarda əlavə dəqiqləşdirmələr ola bilər, lakin ciddi korreksiya gözlənilmir".

V. Əhmədov əlavə edib ki, 2025–2026-cı illərdə cari əməliyyatlar balansı üzrə müsbət saldo təxminən 3–4 milyard ABŞ dolları ətrafında olacaq. 

Baş direktor Avropa İttifaqı və beynəlxalq qurumların proqnozlarının da AMB-nin övcud qiymətləndirmələri ilə üst-üstə düşdüyünü qeyd edib.

Bankir əlavə edib ki, proqnoz göstəriciləri orta müddətli dövrdə sabitliyini qoruyur və bu istiqamətdə mümkün yeniliklər barədə ictimaiyyət növbəti mətbuat konfranslarında məlumatlandırılacaq.

Seçilən
14
2
modern.az

3Mənbələr