AZ

Yolu keçmək istəyən ana və məktəbli övladını maşın vurdu

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mingəçevirdə avtomobil yolu keçən ana və övladını vurub.

“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Yusifova Səfayə və onun övladı 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini vurub.

Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupdan sorğumuza cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
qafqazinfo.az

1Mənbələr