AZ

Elektrik və hibrid mühərrikli avtomobillərə dair TƏKLİF

Elektrik və hibrid mühərrikli avtomobillərlə bağlı bu il başa çatacaq vergi güzəştlərinin müddətinin uzadılması təklif olunub.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, belə təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Azər Badamov çıxış edib.

Deputat bununla bağlı müvafiq qurumlarla müzakirə aparılmasını vacib sayıb.

Azər Badamov 2026-cı ilin yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçün müəyyənləşmiş güzəşt müddətinin başa çatacağını da xatırladıb: “Bu, kifayət qədər fundamental dəstək idi. Xüsusilə, özəl sektorun inkişafına və o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı. Növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidən kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın. Güzəşt müddəti başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə vergi dərəcələrinin artırılmasının həyata keçirilməsi yaxşı olardı. Aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük yaratmaya bilər. Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda daha aşağı vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu, özəl sektorun dəstəklənməsi və bu sahədə gizli iqtisadiyyatın ağardılması baxımından çox vacibdir”.

Seçilən
10
10
heftelik.az

10Mənbələr