AZ

Rusiya Ukraynanı S-300 və "İsgəndər"lə VURDU

Sentyabrın 17-nə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynaya genişmiqyaslı hücuma keçib. Ruslar müxtəlif tipli pilotsuz uçuş aparatlarından, “İsgəndər-M/KN-23” ballistik raketindən və “yer-hava” tipli S-300 raketindən istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalına istinadən məlumat yayıb.

“Sentyabrın 17-nə keçən gecə (16 sentyabr saat 18:00-dan) düşmən Rostov və Kursk vilayətlərindən “İsgəndər-M/KN-23” ballistik raketi və S-300 zenit raketi ilə hücuma keçib”.

Məlumata görə, ruslar həmçinin 172 “Şahed” və “Gerbera” tipli hücum pilotsuz uçan aparatlarından istifadə edib. Hücum Rostov, Kursk, Bryansk və Oryol vilayətlərindən, habelə Krımdan həyata keçirilib. Qeyd olunur ki, bunlardan 100-dən çoxu “Şahed” PUA-sıdır.

Hərbi Hava Qüvvələri komandanlığının məlumatına görə, düşmənin hücumları təyyarələr, zenit-raket bölmələri, elektron döyüş sistemləri, pilotsuz uçuş aparatları və mobil atəş qrupları tərəfindən dəf olunub.

Səhər saat 09:30-a olan məlumata görə, Ukrayna müdafiəçiləri ölkənin şimalında, şərqində və cənubunda rusların 136 PUA-sını vuraraq məhv edib. Eyni zamanda, 13 istiqamətdə 36 hücum PUA-nın raket zərbələri qeydə alınıb.

Sentyabrın 17-də gecə ruslar Ukrayna şəhərlərinə yeni hücumlar həyata keçirib.

Kirovoqrad vilayətində infrastruktur obyektləri hədəfə alınıb. Atılan mərmilər nəticəsində rayon mərkəzi və 44 məskunlaşma məntəqəsi qismən elektrik enerjisindən məhrum olub.

Çerkassı vilayətində də partlayış səsləri eşidilib. Yerli hakimiyyət orqanları bir zərbə barədə məlumat versə də, təfərrüatlar açıqlanmayıb.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr