AZ

"Kimə uduzdunuz ki, "Benfika"ya da uduzasınız?" - Türk şərhçi

style='margin-bottom:10px;'>

Türkiyəli futbol şərhçisi Ertem Şener “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”ya qalib gəlməsindən danışıb.

QOL.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.

E.Şener "Qarabağ"ı Türkiyə klublarına nümunə olaraq göstərib:

“Qarabağ"ın qanında məğlub olmamaq var. Canım "Qarabağ"ım, kimə uduzdunuz ki, "Benfika"ya da uduzasınız? Avropanın bir ucundan "Qarabağ" olan yerə qədər baxın. Çox böyüksən, "Qarabağ"! 0:2-dən 3:2-yə! "Qarabağ" tarix yazdı. "Fənərbağça”, “Qalatasaray” rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin. “Qarabağ” rəhbərliyindən transferi necə etdiklərini soruşun. İnsanlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. “Portimonense”dən “Qarabağ”a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır…”

Seçilən
1
1
teleqraf.com

6Mənbələr