AZ

Ermənistan elektrik şəbəkəsi rəhbərinin şok maaşı...

Ermənistanın hakim Mülki Müqavilə Partiyasının nümayəndəsi, “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin icraçı direktoru vəzifəsini yerinə yetirən Romanos Petrosyan 5,2 milyon dram (təxminən 14 min dollar – red.) maaş alır.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, Petrosyanın yüksək maaş alması müzakirələrə yol açıb, belə ki, Ermənistanda heç də bütün məmurlar yüksək maaş almır.

Nəşr yazıb ki, Petrosyana yüksək maaş ödəmək məsuliyyəti Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının qərarı ilə şirkətin sahibi Samvel Karapetyanın çiyninə qoyulub:

“Müqayisə üçün deyək ki, Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri kimi Petrosyan 790 min dram maaş alıb. Əslində Ermənistanın Baş naziri Nikol Paşinyan sadəcə olaraq şirkəti sahibinin əlindən almaq niyyətində olub. Nəhəng struktur seçki öncəsi hakimiyyət tərəfindən sürətlə mənimsənilir”.

Qeyd edək ki, S.Karapetyan hazırda həbsdədir və onun sahibi olduğu şirkətin milliləşməsi gözlənilir.

Seçilən
9
1
axar.az

2Mənbələr