AZ

Ukrayna hərbçiləri Keniya vətəndaşını əsir götürüblər - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Kostya Qordiyenko adına 57-ci əlahiddə motoatıcı briqadasının əsgərləri Volçansk yaxınlığında Keniya vətəndaşını əsir götürüblər.

Herbiand.az bu barədə Ukrayna mıtbuatına istinadən bildirir.

Keniyalı Evansın dediyinə görə, Rusiyaya turist kimi gəlib. Səfərinin sonuna yaxın ona ölkədə qalmaq variantı ilə iş təklif olunub. O da sənədləri imzalayaraq qəbul edib. Sonradan məlum olub ki, Rusiya ordusu ilə müqavilə imzalayıb.

“İmzalayandan sonra o, mənim pasportumu, telefonumu götürdü və qaytaracağını dedi. Sonra işlər başqa cür getdi. Başqaları dalımca gəldi və dedilər ki, maşına min. Mən də minib hara getdiyimi soruşdum. Dedilər ki, sadəcə olaraq rahatlaş. Yekunda hərbi düşərgədə oldum. Niyə orda olduğumu soruşdum. O dedi ki, sən iş müqaviləsi bağlamısan. Mən dedim ki, hərbi iş istəmirəm. Lakin bildirdilər ki, müqavilə imzalamışam və heç nə edə bilmərəm. Dedilər ki, mənim başqa seçimim yoxdur”, - Evans söyləyib.

Əsir deyib ki, onu sonra bir həftə davam edən təlimə göndəriblər. Bu müddət ərzində ona avtomatla necə davranması göstərilib. Bundan sonra cəbhəyə göndəriblər: “Mən istəmədiyim yerdə oldum. Mən Ukraynanın düşməni deyiləm. Elə vəziyyətdə oldum ki, çıxmaq mümkün deyildi. Nəyə imza atdığımı bilmədiyim üçün zəncirləndim. O imza həyatımı alt-üst etdi... Məni meşəyə atdılar. Bu zaman ordan qaçdım. Döyüşməyə getmədim, qaçdım. Bütün hərbi ləvazimatları çıxartdım. Nə var idisə. Və qaçdım”.

 

 

Keniyalı bildirib ki, Ukrayna əsgərlərini taparaq təslim olmaq ümidilə iki gün meşə ilə gedib. Nəyə görə ukraynalılara təslim olmaq qərarına gəldiyini belə izah edib: “Çünki rusların yanına qaçsaydım, məni öldürəcəkdilər. Mən əvvəl bu işi istəməyəndə onlar demişdilər - ya mən döyüşməyə gedəcəm, ya da məni öldürəcəklər”.

O, Ukrayna əsgərləri tərəfindən necə əsir götürüldüyünü də danışıb: “Onlar, sözsüz yaxşı insanlardır. Ora çatanda əllərimi qaldırdım. Dedim ki, mən keniyalıyam. Xahiş edirəm, mənə güllə atmayın. Onların komandiri gəldi, məni bağladılar. Dedim ki, silahsızam, heç nə istəmirəm, həyatımı xilas etmək üçün bura gəlmişəm. Ona görə də məni olduqları yerə apardılar, su və yemək verdilər. Bəli, yaxşı insanlardır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
77
herbiand.az

1Mənbələr