AZ

Paşinyan Ağrı dağının təsvirini Ermənistanın gerbindən çıxarır - Edmon Marukyan

Ermənistan hakimiyyəti ölkənin gerbindən Ağrı dağının (ermənilər Ararat adlandırır – red.) təsvirini çıxara bilər. 

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın xüsusi tapşırıqlarla sabiq səfiri Edmon Marukyan yayıb.

O, qeyd edib ki, bu təşəbbüs Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətinə məxsusdur və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə heç bir əlaqəsi yoxdur. 

Marukyanın fikrincə, bunu “erməni kimliyini transformasiya etmək” məqsədilə etmək istəyirlər.
 

“Vurğulayıram ki, belə bir şərt yoxdur. Sənəd göstərəcəklər ki, Ermənistan sərhədlərin açılması üçün Ağrı dağını bütün dövlət simvollarından çıxarıb”, - deyə o bildirib.


14 sentyabrda Ermənistanın “Həyat üçün Torpaq” partiyasının həmtəsisçisi Mesrop Arakelyan bildirib ki, Ermənistan hökuməti sərhəd keçid möhürlərindən Türkiyə ərazisində yerləşən Ağrı dağını çıxarmağa qərar verib. İndi möhürlərdə yalnız Ermənistan sərhədindən keçid nöqtəsi ilə bağlı məlumatlar göstəriləcək.

Bizim.Media

Seçilən
40
bizim.media

1Mənbələr