AZ

Binədə məktəbin qarşısındakı vəziyyət şagirdlərə çətinlik yaradır VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 326 nömrəli məktəbin qarşısında ciddi infrastruktur problemi yaşanır. 

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, hər dəfə yağış yağan kimi məktəbin qarşısı su ilə dolur və ərazidə keçilməz vəziyyət yaranır.

Bu vəziyyət həm şagirdlər, həm də valideynlər üçün ciddi narahatlıq doğurur. Uşaqlar dərsə gedərkən palçıq və suyun içindən keçmək məcburiyyətində qalırlar. Valideynlər bildirirlər ki, xüsusən payız və qış aylarında bu mənzərə daha da ağırlaşır, məktəbin qarşısında iri gölməçələr əmələ gəlir.

Ərazi sakinləri məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hələlik problem öz həllini tapmayıb. 

Valideynlər və yerli icma təmsilçiləri isə aidiyyəti qurumlardan tezliklə tədbir görülməsini gözləyirlər.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
avtosfer.az

1Mənbələr