
Moskva şəhərində fəaliyyət göstərən Milli-Mədəni Muxtariyyətin sədri Bəxtiyar Həsənov Rusiyanın vətəndaşlığından məhrum edilib.
Olaylar.az xəbər verir ki, bu məlumat Rusiya hakimiyyət dairələrinə yaxın Telegram-kanal Readovka tərəfindən yayımlanıb.
İddia edilir ki, Həsənovun vətəndaşlığının ləğvinə əsas səbəb onun uzunmüddətli kölgə əməliyyatlarla, o cümlədən qanunsuz miqrasiya fəaliyyətlərinin ört-basdır olunması ilə bağlı olması olub.
Həsənov Rusiyada vətəndaşlığını 2000-ci illərdə almışdı və indi bu statusdan məhrum edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31